Pərviz Abdullayev növbəti qələbəsini qazanıb
“Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev peşəkar rinqdə növbəti döyüşünü keçirib.
Sportline.az xəbər verir ki, "kobra" ləqəbli dmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində qüvvəsini sınayıb. 77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Albaniya təmsilçisi Şkodran Veseli ilə qarşılaşıb. Abdullayev Ataşehirdəki “Ülker Spor Arena”da baş tutan döyüşün 3-cü raundunda nokautla qələbə çalıb.
Qeyd edək ki, bunadək keçirdiyi 54 qarşılaşmada 47 qələbə qazanan Pərviz Abdullayev, 23 dəfə rəqiblərinə nokautla qalib gəlib.