Pike Çempionlar Liqasının tarixinə düşdü

"Barselona"nın müdafiəçisi Jerar Pike Çempionlar Liqasının tarixinə düşüb.

Sportline.az xəbər verir ki, ispaniyalı oyunçu buna dünən "Dinamo" ilə oyunda (1:0) qol vurmaqla nail olub. Kataloniya təmsilçisinə qələbə qazandıran Pike Çempionlar Liqasında ən çox qol vuran müdafiəçi adına şərik olub. O, braziliyalı Roberto Karlosla birlikdə turnirdə 16 qol vurub.

Pike fərqlənməklə daha bir rekordu ələ keçirib. Belə ki, təcrübəli mərkəz müdafiəçisi "Barselona"nın heyətində Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu (34 yaş 260 gün) olub.