Piolidən qələbə şərhi
"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/4 finalında "Napoli"yə qalib gəldikləri ilk oyun (1:0) haqda danışıb.
Sportline.az xəbər verir ki, mütəxəssis qələbə qazanmaqlarına baxmayaraq, komandaların yarımfinal şanslarının bərabər olduğunudeyib:
“Belə gözəl gecəni azarkeşlərlə bölüşə bildiyim üçün çox xoşbəxtəm. "Milan"ın tarixi Çempionlar Liqasındakı qələbələrlə doludur. Lakin son illərdə geri qalırdıq.
Matça yaxşı başlamadıq və “Napoli”yə bizə problem yaratmaq imkanı verdik. Lakin sonda “Napoli”yə qarşı son 3 il ərzində ilk evdə qələbəmizi qazandıq. Ancaq bu hekayənin yalnız yarısıdır.
Mən hələ oyun başlamazdan əvvəl fikirləşirdim ki, şanslar bərabərdir. İlk matçdan sonra da belə düşünürəm.
Əvvəlcə bir az bəxtimiz gətirdi, amma diqqətimizi itirmədik. Təəssüf ki, son 10 dəqiqədə ikinci qolu vura bilmədik. Amma hər şey hələ qabaqdadır".
Qeyd edək ki. bu komandalar arasında cavab oyunu aprelin 18-də keçiriləcək.