Pirlonun uğurlu seriyası bitdi
Anrea Pirlonun uğurlu seriyasına son qoyulub.
Sportline.az xəbər verir ki, “Fənərbağça” ilə oyunda 1-2 hesabı ilə məğlub olan “Fatih Karagümrük”ün Süper Liqada 11 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Qeyd edək ki, “Fənərbağça” liqada 57 xalla 2-ci, “Fatih Karagümrük” isə 34 xalla 9-cu pillədə qərarlaşır.