Poçettino: "İkardi iki gündür ki, məşq etmir"
PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandanın hücumçusu Mauro İkardinin durumundan danışıb.
Sportline.az xəbər verir ki, "Calciomercato" mütəxəssisin həyat yoldaşı Vanda Naradan ayrılmış hücumçu barədə söylədiklərini belə çatdırıb:
"İkardinin şəxsi problemləri var. Bu üzdən iki gündür ki, məşqlərə qatılmır. Sabah onu çağıracağıq. Düşdüyü durum ətrafında söhbətləşəcəyik. Yalnız bundan sonra bizə kömək edə bilib-bilməyəcəyini anlayacağıq".
Qeyd edək ki, İkardinin xanımı və agenti olan Nara oktyabrın 16-da "Instagram"da ərinin ona xəyanət etdiyini açıqlayıb. Ardından isə futbolçunun öz səhifəsindəki şəkillərini silib.