Poçettino "Qızıl top"a kimi layiq gördü?
PSJ-nin baş məşqçisi Maurisio Poçettino “Qızıl top” mükafatına namizədini açıqlayıb.
Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçusu Lionel Messini fərqləndirib:
“Qızıl top”u Messiyə verərdim. Məşqçisi olmasaydım da onu seçərdim. Robert Levandovski ikinci, Kriştiano Ronaldo isə üçüncü olmalı idi. Ronaldo böyük oyunçudur, hər il mükəmməl zehniyyət, futbola ehtiras və sevgi göstərir”.
Qeyd edək ki, Lionel Messi avqustda “Barselona”dan PSJ-yə keçib.