Pol Skolz Kənan Yıldız haqqında: "Bu Kənan kimdir, belə?!"

"Yuventus"-"Mançester Siti" qarşılaşmasında Türkiyəli futbolsevərlərin diqqəti Kenan Yıldızda idi.

Sportline.az xəbər verir ki, 19 yaşlı türkiyəli futbolçu bu möhtəşəm matça start heyətində başladı. "Mançester Siti"yə qarşı "Yuventus"un ilk qolunda ötürməni edən də məhz o oldu. Sol cinahdan ötürmə edən türkiyəli futbolçu, Vlahoviçin baş zərbəsi ilə topun qola çevrilməsi nəticəsində asistini qeyd etmiş oldu. 

84-cü dəqiqədə yerini Mbangulara verən Kenan Yıldız oyunda qaldığı müddət ərzində istəkli və təsirli performans nümayiş etdirdi. Rəqib qapıya üç zərbə endirən Kenan Yıldız, matçda ən çox qapıya zərbə vuran üç oyunçudan biri oldu. O, iki dəqiq dəqiq ötürmə verdi və iki dəfə rəqib hücumunu kəsərək topu komandasına qazandırdı. 

Digər tərəfdən, ötən gecə daha bir diqqətçəkən hadisə yaşandı. "Mançester Yunayted"in əfsanəvi futbolçusu Pol Skoulz "Yuventus"-"Mançester Siti" matçını izləyərkən Kenan Yıldızın performansına təəccübləndi. Sosial media platforması "Instagram"da paylaşım edən Pol Skoulz, "Bu Kenan Yıldız kimdir belə!" mənasına gələn ifadəni işlətdi. O, həmçinin cümləsinin sonuna alqış emojisi əlavə edərək gənc futbolçuya hörmətini bildirdi.