Poqba bu kluba keçmək istəyir
"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdan ayrılmaq istəyir.
Sportline.az "Sport İtalia"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək. Poqbanın 2012-2016-cı illərdə çıxış etdiyi "Yuventus"a qayıtmaq istədiyi bildirilib.
Qeyd edək ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də oynayır.