Poqba bu oyunda iştirak etməyəcək
"Yuventus" bu gün Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Frayburq"la qarşılaşacaq.
Sportline.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Pol Poqba bu görüşdə iştirak etməyəcək.
Fransalı futbolçu intizamsız davranışları səbəbindən "Frayburq"la oyunun heyətinə daxil edilməyib.
Görüş saat 00:00-da başlayacaq.