"Porto" Türkiyə əsilli futbolçunu heyətinə qatır
İsveç klubu "Hammarbü"də çıxış edən Türkiyə əsilli isveçli futbolçu Deniz Gül "Porto"ya transfer olunur.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, iki klub gənc futbolçunun transferi barəsində razılığa gəliblər.
Portuqaliya klubu bu transfer üçün qarşı tərəfə 5 milyon avro ödəyəcək.
Ötən mövsüm "Hammarbü" forması ilə 22 oyuna çıxan Deniz bu matçlarda 3 qol və 2 asistlə yadda qalıb.