"Porto"nu "Napoli"yə dəyişə bilər
"Porto"nun brazilyalı futbolçusu Qaleno karyerasını "Napoli"də davam etdirməyə yaxındır.
Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "Napoli" Qaleno üçün Portuqaliya klubuna30 milyon avroluq rəsmi təklif göndərib.
"Porto"nun rəhbərliyi bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 12 qol və 3 asistlə yadda qalıb.