Premyer Liqa: Qəbələdə bərabərlik, "Səbail" "Keşlə"yə məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

"Keşlə" "Səbail"i 2-1 hesabı ilə məğlub edib. "Qəbələ" isə "Zirə" ilə heç-heçə edib.

Azərbaycan Premyer Liqası
VII tur
16 oktyabr (şənbə)

15:00. “Səbail” – “Keşlə” 1-2
Qollar: Tərlan Quliyev, 68 (1-0). Rauf Əliyev, 71 (1-1), Abanq, 81 (1-2)

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

17:00. “Qəbələ” – “Zirə” 1:1
Qollar: Cəlal Hüseynov, 18 (0:1), Ülvi İsgəndərov, 79 (1:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.

Qeyd edək ki, tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.