Premyer Liqa klubu "Beşiktaş"ın futbolçusunu istəyir
"Beşiktaş"ın albaniyalı futbolçusu Ernest Muçi Premyer Liqa klubunun radarına düşüb.
Sportline.az Ntvspor.net- xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində "Aston Villa" klubu maraqlıdır.
Mənbənin xəbərinə görə İngiltərə klubu yarımmüdafiəçi üçün 10 milyon avro ödəməyə hazırdır.
Muçi 2024-cü ilin qış transfer pəncərəsində "Legiya"dan "Beşiktaş"a 10 milyon avroya transfer olunub.
Ötən mövsüm Türkiyə klubu ilə 17 oyuna çıxan Muçi aktivinə 4 qol yazdırıb.