Premyer Liqa oyunu təxirə salındı

Futbol üzrə Ukrayna Premyer Liqasının 11-ci turunun “İnhulets” – “Rux” görüşü.

Sportline.az xəbər verir ki, buna “Rux” komandasının futbolçularında koronavirusa yoluxma hallarının qeydə alınması səbəb olub.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Rəhbərliyin qərarı ilə futbolçular qarşıdakı 3 günü öz evlərində keçirməlidirlər. Komandanın məşqləri də ləğv edilib.

“İnhulets” – “Rux” matçı oktyabrın 17-də keçirilməli idi.