Premyer Liqada 13-cü turun vaxtı
Misli Premyer Liqasında 13-cü turun oyunlarının vaxtı açıqlanıb.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, 3 günü əhatə edəcək görüşlər aşağıda göstərilən saatlarda başlayacaq:
04 noyabr (cümə)
“Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu, 15:00
05 noyabr (şənbə)
“Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu, 15:00
“Sumqayıt” – “Neftçi”
“Kapital Bank Arena”, 19:00
06 noyabr (bazar)
“Səbail” – “Sabah”
“ASCO Arena”, 15:00
“Qarabağ” – “Kəpəz”
Tofiq Bəhramov adına Respublika stadionu, 19:00
“Azersun Arena”nın ot örtüyündə renovasiya işləri aparıldığı üçün “Qarabağ” növbəti bildirişə qədər ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.