Premyer Liqada XIX turun oyun cədvəli

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, iki günü əhatə edəcək qarşılaşmalar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Turun açılış matçı martın 8-də keçiriləcək. “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. 19-cu turun “Zirə” – “Qarabağ” oyunu martın 9-da keçiriləcək.

Azərbaycan Premyer Liqası

XIX tur

8 mart

Sabah – Sumqayıt

Masazır. “Bank Respublika Arena”, 16:00.

Keşlə – Neftçi

Bakı. “ASK Arena”, 18:15.

9 mart

Qəbələ – Səbail

Qəbələ şəhər stadionu, 15:00.

Zirə – Qarabağ

Zirə İdman Kompleksinin stadionu, 17:15.