Premyer Liqanın daha bir oyunu təxirə salındı

İngiltərə Premyer Liqasında bu gün keçirilməli olan daha bir oyun təxirə salınıb.

Sportline.az xəbər verir ki, “Aston Villa” - “Bernli” matçı görüşün başlamasına 2 saat qalmış təxirə salınıb.

Buna səbəb "Aston Villa"da koronavirusa yoluxanların olmasıdır.

Qeyd edək ki, bu, pandemiya səbəbindən son bir həftədə təxirə salınan 10-cu Premyer Liqa matçıdır.