Premyer Liqanın oyunları sükutla başlanacaq

Futbol üzrə Rusiya Premyer Liqasının VIII turunda bu gün keçiriləcək 3 oyun 1 dəqiqəlik sükutla başlanacaq.

Sportline.az xəbər verir ki, bu, Perm Dövlət Universitetində baş vermiş terror hadisəsi ilə bağlıdır.

Universitetə silahlı hücum zamanı 8 nəfər dünyasını dəyişib, 28 nəfər isə yaralanıb. Ölənlərin xatirələri çempionat matçlarında yad ediləcək.

Qeyd edək ki, bu gün "Ural" - "Lokomotiv" (Moskva), "Rubin" - "Zenit" və MOİK - "Spartak" (Moskva) görüşləri oynanılacaq.