Premyer Liqaya yüksələn ilk komanda bilindi

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda məlum olub.

Çempionşipdə mübarizə aparan “Börnli” yenidən elitaya yüksəlib. 

Vensan Kompaninin çalışdırdığı komanda buna Çempionşipin 40-cı turunda səfərdə “Midlsbro”ya 2:1 hesabı ilə qalib gəlməklə nail olub. Bu qələbədən sonra xallarının sayını 87-yə çatdıran komanda sona 6 tur qalmış istəyinə çatıb. Hazırda “Börnli”ni ən yaxın izləyicisi “Şeffild Yunayted”dən 11, “Luton”dan isə 19 xal ayırır.

“Börnli” cəmi bir illik fasilədən sonra yenidən Premyer Liqada mübarizə aparacaq. Komanda ötən mövsüm Premyer Liqada 20 iştirakçı arasında 18-ci yeri tutaraq Çempionşipə düşmüşdü.