Priştinada daha bir uğur
Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlərin Avropa birinciliyi sona yaxınlaşır. Sportline.az-a AAAF-ın mətbuat xidmətindən verilən məlumata görə, 40-a yaxın ölkədən 305 atletin (175 oğlan və 130 qız) qatıldığı yarışın son günündə atletimiz Rəhman Kazımov körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan oğlan atletlərin +94 kq çəki dərəcəsindəki mübarizəsində, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 115 kq nəticə ilə bu hərəkətdə 2-ci olub. Kazımov təkanla qaldırma hərəkətində 149 kq-ı ram edərək bu hərəkətdə 3-cü pillədə qərarlaşıb.
Toplam 264 kq (115+149) nəticə göstərən atletimiz yekun sıralamada Avropa birinciliyinin gümüş medalını qazanıb.