Prosineçki AFFA rəhbərliyi ilə görüşəcək

"Bu gün AFFA rəhbərliyi ilə görüşəcəm. Karyeramla bağlı bəzi məsələləri götür-qoy edəcəyik". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

DÇ-2018-in tənisfat mərhələsi çərçivəsində Şimali İrlandiya ilə oyundan sonra (0:1) mətbuat konfransında yaşanan anlaşılmazlıqdan da danışan mütəxəssis: "İlk sual yenicə başa çatan oyun haqda olmalıdır. Amma mən mətbuat konfransına gələn kimi "Bursaspor"la bağlı sual eşitdim. Onlar əvvəlcə məndən oyun, üzücü məğlubiyyət haqda yox, Türkiyəyə gedib-getməyəcəyimi soruşdular. İkinci, üçüncü suallar da eyni mövzuda oldu və özümdən çıxdım. Mən onlara dedim ki, istəyirsinizsə, gedə bilərəm", - deyə bildirib.

Qeyd edək ki, R.Prosineçkinin bu ilin sonunadək AFFA ilə müqaviləsi var.