PSJ daha bir səs-küylü transferə hazırlaşır

"Pari Sen Jermen" bu yay daha bir dünya səviyyəli ulduzu heyətinə cəlb etmək niyyətindədir.

Sportline.az Daily Express nəşrinə istinadən xəbər verir ki, parislilər yay transfer dönəmində Məhəmməd Salahı transfer etmək üçün hərəkətə keçəcəklər.

Qeyd edək ki, Salahın "Liverpul"la müqaviləsi 2025 ci ildə başa çatır.