PSJ-də ciddi itki
Fransanın PSJ komandası ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin gürcüstanlı hücumçusu Xviça Kvaratsxeliya sıradan çıxıb.
24 yaşlı oyunçu Çempionlar Liqasının “Nyukasl”la keçirilən sonuncu -VIII tur oyununda (1:1) topuğundan zədə alıb.
Komandanın baş məşqçisi Luis Enrike ulduz futbolçunun vəziyyətinin mürəkkəb olduğunu bildirib.
Qeyd edək ki, PSJ “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqiblərindən biridir.