PSJ-dən gürcü futbolçu üçün 180 milyon avro

"Napoli"nin gürcü hücumçusu Xviça Kvaratsxeliya PSJ-nin maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı futbolçu üçün 180 milyon avro xərcləməyə hazırdır.

Qeyd edək ki, Xviça bu mövsüm "Napoli"nin heyətində 30 oyunda 14 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.