PSJ-dən transfer bombası

"Paris Sen-Jermen" "Barselona"nın ulduz futbolçusu Lamin Yamalı mövsümün sonunda heyətinə qatmaq istəyir.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi Yamal üçün 250 milyon avro ödəməyə hazırdır.

17 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Yamal bu mövsüm çıxış etdiyi 38 matçda 13 qol və 17 asistlə yadda qalıb.