PSJ Embappeyə 55 milyon avro ödəyəcək

PSJ Kilian Mbappeyə 55 milyon avro ödəməlidir.

Sportline.az "Le Parisien"ə istinadla xəbər verir ki, bu haqda Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsi qərar çıxarıb.

Mənbənin bildirdiyinə görə, Paris klubu futbolçuya məvacibindən qalan bu məbləği 8 il ərzində ödəyə bilər.  

Qeyd edək ki, bi müddət əvvəl Mbappe sabiq klubunda 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonuslarını tələb etmişdi.

Xatırladaq ki, 2018-ci ildən PSJ-nin formasını geyinən fransalı forvard ötən mövsümün sonunda komandadan ayrılaraq Madrid "Real"ına üz tutmuşdu.