PSJ italiyalı futbolçunun müqaviləsini uzatmaq istəyir

PSJ italiyalı qapıçı Cianluci Donnarumanı heyətdə saxlamaq istəyir.

Sportline.az L'Equipe nəşrinə istinadla xəbər verir ki, parislilər 25 yaşlı qolkiperə 2029-cu ilin yayına qədər müqavilə təklif etmək niyyətindədir.

2021-ci ildən Fransa klubunun şərəfini qoruyan Donnaruma bu müddət ərzində 118 oyunda 116 qol buraxarkən 40 matçda qapısını toxunulmaz saxlayıb.

O, komanda ilə 3 dəfə Liqa 1-in, 1 dəfə Fransa kubokunun və 2 dəfə Fransa Superkubokun qalibi olub.

Qeyd edək ki, Donnarumanın müqaviləsi 2026-cı ildə başa çatacaq.