PSJ Messidən imtina etdi

PSJ-nin hücumçusu Lionel Messi böyük yayda Paris klubunu tərk edəcək.

Sportline.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Paris klubu artıq argentinalıya müqavilənin uzadılmasını təklif etmək istəmir. PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi klubun inkişaf layihəsi üçün PSJ-yə gənc fransız oyunçuları cəlb etmək niyyətindədir. Ona görə də Fransa nəhəngi ulduz futbolçularla müqavilə imzalamağa çalışmayacaq.

Messinin isə sabiq klubu "Barselona"ya qayıdacağı gözlənilir. 35 yaşlı forvard 2004-2021-ci illərdə Kataloniya klubunda oynayıb. Onun PSJ PSJ ilə müqaviləsi bu ilin iyununda başa çatır.

Banner