PSJ-nin baş məşqçisi üçün həyəcan təbili

PSJ-də baş məşqçi Kristof Qaltye ilə yollar ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Paris təmsilçisinin prezidenti Nasser Əl-Xelaifi bu gün klub rəhbərliyi ilə görüşəcək və Qaltyenin taleyini müzakirə edəcəklər.

Mütəxəssis işindən qovulsa, onun yerinə əsas namizəd Tomas Tuxeldir.

PSJ Çempionlar Liqasında 1/8 final mərhələsində "Bavariya"ya uduzaraq (0:1, 0:2) turnirlə vidalaşıb.