PSJ-nin futbolçusu "Real Madrid"in radarına düşüb
"Paris Sen-Jermen"in portuqaliya müdafiəçisi Nuno Mendeş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Nuno Mendeşi transfer etmək niyyətindədir.
22 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 55 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Nuno Mendeş bu mövsüm çıxış etdiyi 37 matçda 5 qol və 5 asistlə yadda qalıb.
Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.