PSJ "Nyukasl"ı qəbul edəcək
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, 8-ci - sonuncu turda "Paris Sen-Jermen" öz meydanında "Nyukasl Yunayted"lə üz-üzə gələcək.
Fransa təmsilçisində Matvey Safonov, Fabian Ruiz, Joao Neveş və Kanq İn-Li zədəlidir.
"Sağsağanlar"da isə itkilərin sayı daha çoxdur. Emil Kraft, Fabian Şer, Camaal Laskelles, Valentino Livramento, Bruno Gimarayeş, Joelinton və Ceykop Mörfi baş məşqçi Eddi Hovun sərəncamında olmayacaq.
Qeyd edək ki, "Paris Sen-Jermen" - "Nyukasl Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 12-də başlanacaq. Oyunun ədalət təmsilçisi sloveniyakı Slavko Vinçiç olacaq.