PSJ Xviça üçün hərəkətə keçib

"Napoli" gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanı satmağı planlaşdırır.

Sportline.az insayder Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, PSJ Xviçanı transfer etmək üçün "Napoli" klubu ilə danışıqlara başlayıb.

İtaliya klubu X. Kvaratsxeliya üçün PSJ-dən 75 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 5 qol və 3 asistlə yadda qalıb.