Qadın futbolunda tarixin ən erkən qolu

Qadın futbolunda tarixin ən sürətli qolu qeydə alınıb.

Sportline.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, bu qol Rusiya Superliqasının 23-cü turunda "Zvezda-2005" - "Yenisey" görüşündə vurulub. "Zvezda-2005"in rusiyalı hücumçusu Olesya Kuroçkina görüşün 9,31 saniyəsində fərqlənib.

Qeyd edək ki, qarşılaşma "Zvezda-2005"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.