Səbirə Əliyeva "bürünc"ü əldən verdi

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız çempionatda 3 qadın güləşçi ilə iştirak edib. 

76 kq çəkidə mübarizə aparan Səbirə Əliyeva Türkiyədən olan rəqibini üstələsə də yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici görüşdə Norveç idmançısı ilə qarşılaşıb. Rəqibin müqavimətini qıra bilməyən S.Əliyeva bürünc medalı əldən verib.

50 kq 
1/4 final - Kseniya Stankeviç (BUL) - Türkan Nəsirova 8:6

59 kq 
1/4 final - Olena Kremzer (UKR) - Alyona Kolesnik 7:0
1/8 final - Alyona Kolesnik - Tamara Dollak (HUN) 8:2

76 kq 
Bürünc medal görüşü - İselin Solheim (NOR) - Səbirə Əliyeva - 4:0
1/2 final - Kristina Şumova (RUS) - Səbirə Əliyeva 6:5
1/4 final - Səbirə Əliyeva - Ayşegül Özbege (TUR) 8:1