Qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Püşkatma nəticəsində seçməmizin 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Maraqlıdır ki, püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. 

50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (UKR) 

59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (RUS)

68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (BLR)

76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR)