"Qalatasaray" 32 ildən sonra bunu bacara bilər

"Qalatasaray" 32 ildən sonra bir ilkə imza ata bilər.

Sportline.az xəbər verir ki, sonuncu dəfə 1990/91 mövsümündə "Fənərbağça"nı hər iki oyunda məğlub edən "aslanlar" sabah əzəli rəqiblərini məğlub edərək tarix yaza bilərlər.

Xatırladaq ki, Kadıköydə keçirilən derbidə "Qalatasaray" 3 cavabsız qolla qələbə qazanmışdı. Sabah isə İstanbul derbisi "Qalatasaray"ın meydanında keçiriləcək. Oyun sabah Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.