"Qalatasaray" Arda Turanla anlaşıb

"Qalatasaray" klubu Arda Turanla yeni müqavilə imzalayacaq.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 34 yaşlı futbolçu ilə anlaşıb.

"Qalatasaray" təcrübəli yarımmüdafiəçiyə 1+1 illik müqavilə təklif edib. 

Qeyd edək ki, 2004 - 2011-ci illərdə "Qalatasaray"da oynayan Arda Turan 2020-ci ilin yayında İstanbul təmsilçisinə qayıdıb. O, karyerası ərzində İspaniyanın "Atletiko" (Madrid) və "Barselona" kimi klubların da şərəfini qoruyub.