"Qalatasaray" çexiyalı müdafiəçinin transferində maraqlıdır

"Qalatasaray" çexiyalı müdafiəçinin transferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" "Sparta Praqa"nın müdafiəçisi Martin Vitiklə maraqlanırlar.

"Qalatasaray" rəsmiləri gənc müdafiəçi üçün 3 milyon avro ya da icarə əsaında transfer etməklə bağlı fikirlərinin olduğunu bildiriblər.

Qeyd edək ki, 21 yaşlı Martin Vitik bu mövsüm "Sparta Praqa" forması ilə çıxdığı 35 oyunda 5 qolla yadda qalıb.