"Qalatasaray" daha bir ulduzu heyətə qatır
23-cü çempionluğunu yaşayan ""Qalatasaray" növbəti mövsüm üçün heyəti daha da gücləndirmək niyyətindədir.
Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısında önməli yer tutan isimlərdən biri Yuri Tilemansdır.
Son mövsümü "Lester"də keçirən belçikalı futbolçu ilə danışıqların başlandığı bildirilir.
"Qalatasaray" rəhbərliyi bu transferin reallaşması üçün komandanın belçikalı futbolçusu Mertensin də əlaqələrindən yararlanır.