"Qalatasaray" daha bir ulduzu heyətə qatmağa hazırlaşır

Daha bir ulduz futbolçu “Qalatasaray”ın transfer gündəmindədir.

 Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, bu mövsüm “Qalatasaray” ilə mükəmməl performans göstərən Okan Buruk çempion olduqları təqdirdə daha bir ulduzla müqavilə imzalamağa hazır olduqlarını deyib.

Klubun icraçı direktoru Ərdəm Timur İngiltərənin “Liverpul” klubunda çıxış edən braziliyalı Roberto Friminonun meneceri ilə görüşəcəklərini və bu sezon "sambaçını" heyətlərinə qatmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, Okan Burukun rəhbərliyi ilə 28 oyuna 69 xal topalyan “sarı qırmızlar” turnir cədvəlinin vahid lideridirlər.