"Qalatasaray" doğma meydanda uduzdu

Türkiyə Super Liqasında 30-cu turun görüşləri davam edir. SportLine.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma olub.

Günün bütün görüşlərində qonaqlar seviniblər. Doğma meydanda "Kasımpaşa" ilə qarşılaşan "Qalatasaray" da turu xalsız bitirib.

“Gənclərbirliyi” – “Adanaspor” - 0:1
Qol: 
Ramos, 20

“Trabzonspor” – “Kayserispor” - 2:3
Qollar: 
Rodalleqa, 34, Uğur Dəmirok, 45+1 - Turuc, 7, Laval, 41, 75

“Qalatasaray” – “Kasımpaşa” - 1:3
Qollar: 
Sneyder, 90+1 - Kastro, 25, 81, Turqut Şahin, 63

“Konyaspor” – “Alanyaspor” - 2:3
Qollar: 
Bayiç, 9, 65 - Lav, 39, 55, Fernandes, 72