"Qalatasaray" italiyalı oyunçunu heyətinə qatıb

"Qalatasaray" voleybol komandası çexiya əsilli italiyalı oyunçu Jiri Kovarı heyətinə cəlb edib.

Sportline.az Türkiyə klubunun rəsmi saytına istinadla xəbər verir ki, 35 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Təcrübəli oyunçu son olaraq Yunanıstanın "Panatinaikos" klubunda çıxış etmişdi.

Qeyd edək ki, Jiri Kovar 2011-ci ildən 2021-ci ilədək İtaliya milli komandasının şərəfini qoruyub.