"Qalatasaray" məşhur qapıçı üçün hərəkətə keçib

Bu mövsüm UEFA Çempionlar Liqasında daha uğurlu çıxış etmək istəyən “Qalatasaray” heyəti bir qədər də gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin transfer hədəflərindən biri də Canluici Donnarummadır.

Musleranın gedişindən sonra “çərçivə”dəki boşluğu hələ də aradan qaldıra bilməyən “Qalatasaray” İtaliya millisinin qolkiperi üçün hərəkətə keçib.

Mümkün transfer PSJ-nin “Lill”in 23 yaşlı qapıçısı Lukas Şevalyeni heyətə qatmasından sonra daha da aktuallaşıb.

Artıq Donnarummanın aldığı təklifləri dəyərləndirmək niyyətində olduğu bildirilir ki, istanbulluların da yaranmış fürsətdən faydalanacağı inandırıcı görünür.

İngiltərə klublarının da diqqət mərkəzində olan 26 yaşlı futbolçunun yaxın günlərdə qərar verəcəyi bildirilir.