“Qalatasaray” Osimheni klubda saxlamaq istəyir
“Qalatasaray”ın nigeryalı hücumçusu Viktor Osimhen klubda qalacağı iddia olunur.
Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi Osimhen üçün “Napoli”yə 50 milyon avro təklif göndərəcəyi bildirilir.
“Napoli” rəhbərliyi isə 25 yaşlı futbolçu üçün 80 milyon avro tələb edir.
Qeyd edək ki, Osimhen hazırda “Qalatasaray”da icarə əsasında çıxış edir.