"Qalatasaray" rusiyalı futbolçu ilə maraqlanır

"Qalatasaray" Moskva ÇSKA-sının hücumçusu Fyodr Çalovla maraqlanır.

Sportline.az Fanatik qəzetinə istinadla xəbər verir ki, istanbullular futbolçunun agenti ilə əlaqə yaradıblar.

Moskva klubu ilə il yarımlıq müqaviləsi olan futbolçu İstanbul nəhnginə keçməyə hazır olduğunu bildirib.

ÇSKA-nın yetirməsi olan Çalov ötən mövsüm 24 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.