"Qalatasaray" Toral Bayramovla bağlı rəsmi xəbər paylaşdı
“Qalatasaray” “Qarabağ”ın müdafiəçisi Toral Bayramovun xidmətində maraqlı olduğunu bir daha açıqlayıb.
Sportline.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumatda klublar arasında ilkin danışıqların olduğu bildirilir.
Mövsümün sonunda müdafiənin sol cinahını məhz 22 yaşlı futbolçu ilə gücləndirməyi planlaşdıran istanbulluların Bayramovu izləməkdə davam edəcəkləri deyilir.
İşlər qaydasında getsə gələn mövsüm üçün Sam Adekuqbe ilə yolları ayırmağa hazırlaşan "Qalatasaray" onun yerinə məhz Toral Bayramovu transfer edəcək.
Türkiyə mətbuatı keçidin 1 milyon avroya başa gələcəyini yazıb.