"Qalatasaray" üçün daha bir ulduz futbolçu

Bu sezon etdiyi transferlərlə gündəmə gələn “Qalatasaray” daha bir ulduz oyunçunu heyətinə qatmaq niyyətindədir. 

Sportline.az aspor.com.tr-yə istinadla xəbər verir ki, tanınmış jurnalist Mehmet Cem Çakır İstanbul nəhənginin PSJ və Argentina millisinin müdafiəçisi Paredeslə ciddi maraqlandığını deyib.

“Qalatasaray” sezon sonunda Toreyranın komandadan ayrılma ehtimalına qarşı bu transferi həyata keçirmək istəyir.

İkardinin də keçmiş komanda yoldaşı ilə bu mövzunu müzakirə etdiyi bildirilir. 

Qeyd edək ki, “Qalatasaray” 70 xalla turnir cədvəlinin vahid lideridir. Ən yaxın izləyicisi "Fənərbağça"nın 64 xalı var. İlk 3-lüyü 62 xalla "Beşiktaş" qapayır.