“Qalatasaray” üçün üzücü xəbər

"Qalatasaray" hələ ki pərəstişkarlarını yeni transferlə sevindirə bilmir. 

Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Mauro İkardinin transferini reallaşdırmağa çalışan “sarı-qırmızı”ların istəyi baş tutmayıb.

Səudiyyə Ərəbistanının adı çəkilmyən klubu argentinalı futbolçu üçün “PSJ”yə 25 milyon avro təklif edib.

“Qalatasaray” isə futbolçu üçün maksimum ödəyə biləcəyi məbləğin 7.5 milyon avro olduğunu deyib.

Futbolçunun hazırki dəyəri isə 19 milyon avrodur. 

Qeyd edək ki, argentinalı futbolçu “Qalatasaray” forması ilə çıxdığı 26 oyunda 23 qol və 8 asist edib.