"Qalatasaray" ulduzları ilə vidalaşır
"Qalatasaray" futbolçuları Radamel Falkao və Sofian Fequli ilə yolları ayıracaq.
Sportline.az xəbər verir ki, bu barədə klub prezidenti Burak Elmas açıqlamasında bildirib. O, İstanbul təmsilçisinin büdcə problemlərinə görə sözügedən oyunçuların məvacibini ödəməkdə çətinlik çəkə biləcəklərini deyib. Bu səbəbdən Burak Elmas Falkao və Fequliyə özlərinə yeni klub axtarmalarını söyləyib.
Qeyd edək ki, 2019-cu ildən, Fequli isə 2017-ci ildən "Qalatasaray"da oynayır.