"Qalatasaray" yeni qapıçı ilə anlaşmaq üzrədir
"Qalatasaray" bu mövsümün sonunda müqaviləsinin müddəti bitən Musleranı Xorvatiya millisinin qolkiperi Domink Livakoviçlə əvəzləmək niyyətindədir.
Sportline.az "Fotomaç"a istinadla xəbər verir ki, Türkiyə nəhəngi 28 yaşlı futbolçunun transferinə çox yaxındır.
“Dinamo Zaqreb” klubu transferin gerçəkləşməsi üçün 10 milyon avro tələb edib.